07.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin 8 Mart Beynəxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlara özəl" adlı bayram konserti keçirilib
07 mart 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin təşəbbüsü ilə Filarmoniyanın kiçik konsert zalında 8 Mart Beynəxalq Qadınlar Gününə münasibəti ilə bayram konserti təqdim olunmuşdur.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Dram və Kukla Teatrlarının rəhbərləri və digər mədəniyyət işçiləri iştirak etmişlər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan qadınlarını, şəhid analarını 8 Mart Beynalxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.
O, öz cıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətini xüsüsi diqqətə çatdırdı və mədəniyyət işçiləri adından öz təbriklərini söylədi.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin solistləri Elmir Pişnamazov, Vasif Bayramov, tarda isə Əli Əliyev (bədii rəhbər və dirijor, Respublikanın Xalq artisti Rafael Bayramov) maraqlı konsert proqramını təqdim etdilər.
Konsertdə Azərbaycan və xarici bəstəkarlarının mahnıları ifa olundu.
Konsertdə həmçinin Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin vokal şöbəsinin V sinfinin şagirdi, (müəllim Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə, dirijor 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şixiyeva) Beynəlxalq müsabiqələr laureatı Şöhrət İsmayılov öz musiqi töhvələrini kamera orkestrinin müşayiəti ilə xanımlara hədiyyə etdi.
Tədbirə dəvət olunmuş, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov konsertin sonunda cıxış edərək Azərbaycan Qadınlarını təbrik etdi, Respublikamıza əbədi sülh, əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzuladı.