Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dəli Domrul” adlı yeni tamaşa.

15.11.2017

Gəncə Dövlət Kukla Teatrında Rəhman Əlizadənin "Dəli Domrul" adlı yeni tamaşası hazırlanmışdır. Tamaşa əsasən məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. 
Tamaşanın quruluşçu rejissoru - əməkdar artist Xudayət Əsgərov, quruluşçu rəssamı - Sara Məmmədovadır. Teatr bu tamaşanı məktəblilərin payız tətili günlərində öz sevimli tamaşaçılarına təqdim edəcəkdir.