Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə ilk öncə məktəbin direktoru Aynur Şixiyeva kollektivdə çalışan xanımları təbrik edərək, bu günki tədbirin 44 günlük Vətən Müharibəsinin yeganə şəhid olan xanımı Arəstə Baxışovanın xatirəsinə ithaf etdiklərini bildirdi.

Daha sonra məktəbin müəllim və şagird kollektivi müxtəlif musiqi nömrələri ilə öz töhvələrini ərmağan etdilər.

 

31.1 KB