07.03.2022
7 mart 2022-ci il tarixdə Naftalan şəhər Uşaq Musiqi Məktəbində 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir kecirildi.
İlk öncə məktəbin direktoru Almaz Əliyeva tədbirdə iştirak edən qadınları bayram münasibətilə təbrik etdi. Müəllim və şagirdlərin ifası, xor və vokal qrupların rəngarəng çıxışları, xüsusilə analara həsr olunmuş şeirlər və mahnılar valideynlər tərəfindən rəğbətlə qarşılandı.