07.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Ana nəfəsli dünyam” başlığı altında tədbir keçirtdi.
Tədbir Gəncə şəhər 32 nömrəli Körpələr evi-uşaq bağçasında keçirildi. Filialın kitabxanaçısı Elnarə Rəcəbova uşaqlara onların anlaya biləcəkləri tərzdə 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı məlumat verdi. Filialın kollektivinin uşaqlar üçün gətirdikləri şarlar, analarını təbrik etmək üçün xüsusi hazırladıqları açıqcalar onların böyük sevincinə səbəb oldu. Kitabxanaçıların köməyi ilə açıqcalara uşaqlar rəngli boya ilə öz imzalarını atdılar. Uşaqlarda öz növbələrində analara həsr olunmuş şeirlər söylədilər, rəqs etdilər. Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.