06.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşəbbüsü və təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Samux rayon Qayayeri qəsəbə şəhidi Cəfərov Babəkin anım günü qeyd edildi. Tədbirə başlamazdan öncə Qarabağın azadlığı uğrundan canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Qarayeri qəsəbə şəhidlərinin ailə üzvüləri, Qarayeri qəsəbə içtimayət nümayəndələri, Samux rayon MKS-nin direktor səlahiyyətlərini icra edən Telli Nəsibova, Metodika və Biblioqrafia şöbəsinin müdiri Rübabə Şükürova, Sərkar kənd kitabxana filial müdiri Gülşən Əliyeva, Qarayeri qəsəbə kulubunun kollektivi,Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin 7-A,7-T,sinif şagirdləri, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin 7-ci ,8-ci, siniflərin şagirdləri iştirak etdilər.Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova tədbiri açaraq şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində göstərdi qəhrəmanlıqlardan bəhs etdi və bu müharibədə Samux rayon Qarayeri qəsəbəsinin 4 şəhidi Cəfərov Babək Məxsus oğlunun, Bəylərov Seymur Səlyəddin oğlunun ,Məmmədov Bayram Elnur oğlunun,Allahverdiyev Vüsal Novruz oğlunun göstərdikləri qəhrəmanlıqdan danışdı. Tədbir iştirakçılarının çıxışlarından sonra 1 saylı Qarayeri qəsəbə məktəb- liceyin və 2 saylı Qarayeri tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr edilmiş şeirlər söylədilər.