06.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı 8 Mart tarixində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qəhrəmanların yadigarları” adlı onlayn tədbir keçirdi. Tədbirə başlamazdan əvvəl Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə açaraq hər bir şəhid analarına dəvətini qəbul etdiyi üçün onlara öz təşəkkürünü bildirdi. Bütün şəhid analarına Vətənimiz üçün belə layiqli övladlar yetişdirdiklərinə görə yüksək hörmət və ehtiramını ifadə etdi. Daha sonra qonaqları salamlamaq üçün Samux rayon MKS-in direktor Telli Nəsibovaya söz verildi. O,öz çıxışında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirdi. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı. Qeyd etdi ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıran, ədaləti bərqərar edən ölməz Vətən oğulları yetişdirdiklərinə görə hər bir şəhid analarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik etdilər.Onların hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduqlarını bildirdilər.