06.03.2022
05 mart 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə İctimai İştirakçılıq Məclisinin, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “GƏNCƏSƏNƏT” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi yarmarkası keçirilib.
Sərgi yarmarkada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev, Gəncə Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri Zaur Bayramov, eləcə də şəhərdə qonaq olan Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalko və digər rəsmilər iştirak etmişlər.
Sərgiyə baxış zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalkoya Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi barədə ətrafı məlumat vermişdir.
Sərgi yarmarkada Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan ansamblı, “Azərbaycan ritmləri”ni, Gəncə Dövlət Kukla Teatrı isə Azərbaycanın uşaq şairi, dramaturq Xanımana Əlibəylinin “Bizim bağın gözəli” adlı tamaşasını, Gəncə Dövlət Kamera Orkestrinin kvarteti musiqi nömrələrini sərgi iştirakçılarına təqdim etdilər.
Sərgidə 70 artıq sənətkar iştirak etmişdir.
“GƏNCƏSƏNƏT” sərgi yarmarkası Novruz bayramı ərəfəsində gəncəlilər və şəhərin qonaqları üçün töhfə oldu.