06.03.2022
Bu gün 1-ci Qarabağ Müharibəsi Şəhidi Goranboy rayon Tap Qaraqoyunlu kənd sakini Yahuzər Sədi oğlu Bayramovun anım mərasimi keçirilib.
Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev Şəhər 1-saylı Klubun nümayəndələri iştrak etmişdir.
Mərasim iştrakçıları ilk öncə kənd qəbristanlığına gələrək Şəhid Yahuzər Bayramovun məzarını ziyarət etmiş,önünə gül dəstələri düzərək ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edən Goranboy rayon Mədəniyyət mərkəzinin əməkdaşı Elçin Tağıyev Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından Şəhidin ailə üzvülərinə dərin hüzünlə başsağlığı verərək ailəsinə səbir dilədi.
Biz bu gün mübariz bir xalqıq,qalib ölkənin qalib vətəndaşlarıyıq. 2-ci Qarabağ Müharibəsində şəhidlik məqamına ucalmış igid oğullarımızın qisası 44 günlük Vətən Müharibəsində Azərbaycanın cəsur Ordusu tərəfindən alındı. Bizlərə qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına və Müzəffər Azərbaycan Ordusuna minnətdarıq deyə Elçin Tağıyev bildirmişdir.
Şəhid Yahuzər Bayramovun ailəsinə 8 Noyabr "Zəfər Günü" Xarı Bülbülün xatirə tablosu təqdim edildi.
Sonda Şəhid ailə üzvüləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!