Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəman Qadın”adlı tədbir keçirilib

06.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi   Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi  05.02.2022 ci il tarixdə 1saylı şəhər tam orta məktəbində 8 Mart  Beynəlxalq Qadınlar bayramı günü ilə əlaqədar"Qəhrəman Qadın"adlı tədbir keçirdi.Tədbir 44 günlük Vətən Müharibəsinin şəhid qadını Arəstə Baxışovanın şərəfli döyüş yoluna həsr olunmuşdu.Tədbiri Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şöbənin müdiri Rəna Məhərrəmova   Arəstə Baxışovanın  şərəfli, lakin qısa döyüş yolu haqqında danışaraq qeyd etdiki ki, Arəstə Baxışova müharibə başlayanda iki az yaşlı övladını Vətənə əmanət edərək könüllü olaraq döyüş bölgəsinə yollandı və yüzlərlə oğullarımızı ölümün caynağından xilas etdi özü isə torpaqlarımlzın azadlığı uğrunda qəhrəmancasına  şəhid oldu. 1saylı tam orta məktəbin kitabxanaçısı Şahnaz Rüstəmova"Qəhrəmanlıq səlnaməsi" adlı məruzə ilə çıxış edərək qeyd etdiki, biz hər birimiz bir qəhrəman  Arəstə Baxışova ,Salatın, Gültəkin Əsgərovayıq. Bu qəhrəman qadınların şərəfli döyüş yolu buzim üçün örnəkdi.Sonra məktəblilər hərbi -vətənpərvərlik ruhunda  yazılmış şerlər söylədilər.Tədbirdə Birinci Qarabağ müharibəsinin şəhidi  Kazımağa Böyükkişiyevin həyat yoldaşı və nəvələri ,1saylı tam orta məktəbin sinif müəllimi Nərminə Kərimova, da iştirak edirdi.

 

112 KB

 

111 KB