Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Qadın əzəməti, qadın ucalığı” başlığı altında mövzu saatı keçirilib

06.03.2022

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12saylı kitabxana  filialı 06.03.2022-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı " Qadın əzəməti, qadın ucalığı" başlığı altında mövzu saatı keçirtdi.

Tədbiri böyük kitabxanaçı Fidan Rəcəbova açaraq ilk öncə bütün qadınları bayram münasibətilə təbrik etdi və qeyd etdi ki, qadınlar həyatın mənası,bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı,ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı,zəkası,iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərir. Azərbaycan qadını məhz o qadındır ki, övladını vətənə qurban verərək  başını dik tutub "Vətən sağ olsun!" deyir. Bineyi-qədimdən Azərbaycanda qadına-anaya daim böyük ehtiram bəslənmiş, ana həmişə müqəddəs olmuş,qeyrət və namus rəmzi sayılmışdır. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun,Vətən torpağının təcəssümüdür.
 Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsini incilərini yaradan əbədi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyası xadimlər bəxş etmişdir.
 Sonda tədbir iştirakçıları bir-birindən maraqlı fikirlər söylədilər.

 

99.5 KB