06.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 05.03.2022-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Ana Vətəndir, Vətən də Ana" başlıqlı onlayn şeir saatı keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva tədbiri açıq elan edərək, ilk öncə şəhid analarının timsalında bütün qadınların bayramını təbrik etdi. Qeyd etdi ki, 8 Mart Beynəlxalq Qadınlar Bayramı bir çox ölkələrdə qeyd olunur. Rəsmi olaraq Azərbaycan 1995-ci ildən beynəlxalq konvesiyaya qoşulmuşdur. Kitabxanaçı bayramın tarixi haqqında qısa məlumat verdi. Qeyd etdi ki, bayramın əsas məqsədi ümumi olaraq cəmiyyətdə qadınlarla qarşı nəzakət, sevgi və məhəbbətin tərənnüm olmasıdır.
Bildirdi ki, ana bizə ona görə əzizdir ki, biz bu həyatda qiymətli olan nə varsa onları anaya bənzədirik: "Ana torpaq", "Ana Vətən", "Ana təbiət". Ana o varlıqdır ki,... insanlıq hər zaman onun işığına möhtacdır. Demək anaların bayramı elə hamımızın bayramıdır.
Tədbirin davamında uşaqlar Hüseyn Arif "Ana", Mikayıl Müşfiq "Ana", "Səni sevirəm anacan", "Anadır, ana! və s.şeirlər səsləndirdilər. Öz analarını tədbir vastəsilə təbrik etdilər, anaları üçün çəkdikləri şəkilləri nümayiş etdirdilər.
Sonda iştirakçılar "Mənim anam, mənim varlığımdır" adlı video çarxı izlədilər.