06.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 07.03.2022-ci il tarixində Beynəlxalq qadınlar günü ilə əlaqədar “Dünyada hər şey qadının əsəridir” başlığı altında şeir saatı keçirildi.
Tədbirdə Mehdi Mehdizadə adına 4 saylı orta məktəbin müəllim və şagirdlər ilə birlikdə kitabxananın fəal oxucuları da iştirak etdilər. 1 saylı filialın kitabxanaçısı Günay Əmiraslanova tədbiri açaraq, qeyd elədi ki, Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
Tədbirdə 4 saylı məktəbin ədəbiyyat müəllimi qeyd etdi ki, Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: – zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – ana adı! Qadınlar fərqli olsalar da analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: Nə yaxşı ki, sizlər varsınız! Tədbirdə 4 saylı məktəbin şagirdlərinin ifasanda ana haqqında şeirlər, bayatılar və mahnılar səsləndirildi.Tədbirin sonunda Günay Əmiraslanova tədbir iştirakçılarını Beynəlxalq Qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik etdi, hər birinə cansağlığı, ailə səadəti və işlərində uğurlar arzuladı.