Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşalı şəhid” adlı anım günü keçirilib

04.03.2022

04.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin 11 saylı kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılğı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri, I Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qəmbərovun “Şuşalı şəhid” adlı anım günü keçirildi. 
Tədbiri filialın müdiri Esmira Həsənova açdı və Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə Gəncə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənova çıxış edərək bildirdi ki, əfsanəvi komandir Ramiz Qəmbərov haqqında məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilmişdir.
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənovanın əl işi olan şəhidin anasına hədiyyə olunmuş portret də nümayiş olundu.
Tədbirdə  Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları və Məhsəti Gəncəvi Mərkəzinin işçiləri ilə yanaşı kitabxananın fəal oxucuları da iştirak etdi.

 

183.7 KB

 

193 KB

 

82.6 KB