03.03.2022
3 mart 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında nasir, şair Fərman Kərimzadənin anadan olmasının 85 illiyinə həsr edilmiş ”Millət qeyrətli nasir sənətkar” adlı oxucu konfransı keçirildi.
Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açaraq Fərman Kərimzadənin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi
Uşaq şöbəsinin Baş kitabxanaçı Təranə Axundova nasirin “Xudafərin körpüsü” romanı, metodist Sevinc Aşralıyeva “Qarlı aşırım”romanı,fəal oxucu Yeganə Bayramova “Qoca qartalın ölümü” romanı ,Abonement bölmə müdiri Gülnar Nəcəfova isə “Çaldıran döyüşü” romanı haqqında tədbir iştirakçılarına məlumat verdilər.