Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fərman Kərimzadənin 85 illiyi ilə əlaqədar olaraq söhbət keçirilib

03.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialında 03.03.2022-ci il tarixdə yazıçı Fərman İsmayıl oğlu Kərimzadənin 85 illiyi ilə əlaqədar olaraq söhbət keçirdi.Tədbirdə 24 saylı kitabxananın kollektivi ilə birgə 24 saylı tam orta məktəbin müəllim və şagirdləri də iştirak etdilər.Filialın böyük kitabxanaçısı Təranə Aslanova yazıçı Fərman Kərimzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi.O,qeyd etdi ki,tarixi romanlar yazan Fərman Kərimzadə "Xudafərin körpüsü","Çaldıran döyüşü","Təbriz namusu","Qarlı aşırım","Qoca qartalın ölümü"və s.məşhur əsərlərin müəllifidir. Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir. Sonda oxucular yazıçı haqqında kitabxanaçıya öz suallarını  verdilər.

 

91.5 KB