Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xudafərin körpüsü” və ”Qarlı aşırım” kitablarının xülasəsi keçirilib

03.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 3.03.2022-ci il tarixdə yazıçı Fərman Kərimzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar fondda olan "Xudafərin körpüsü" və "Qarlı aşırım" kitablarının xülasəsi keçirildi. Kitabxanaçı Gülarə Ələkbərova yazıçı haqqında qısa məlumat verdi. 
   Yazıçının "Xudafərin körpüsü" romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınmışdır. 
 "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illərdə kəndin canlı mənzərəsi - panoraması verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Qarşı - qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrdə işıqlandırılmışdır.

 

79.3 KB

 

58.9 KB