Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şuşa Qarabağın döyünən ürəyi ” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

02.03.2022

02 mart 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə, Goranboy şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş qazilərin və aşıqların iştirakı ilə " Şuşa Qarabağın döyünən ürəyi " mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Gülnarə Nəsibova açdı. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzi Kitabxananın işçisi Türkan Baxşəliyeva Şuşanın kitabxanası haqqında, Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Şuşanın tarixi haqqında geniş və ətraflı məlumat verdilər. Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Qasımova Şuşa şəhərini gəzib görmüş biri kimi, Şuşa şəhərinin kəhrizlərindən və bulaqlarından danışdı. Sonda, ədəbi- bədii kompozisiya təşkil olundu.

 

194.9 KB

 

240.6 KB

 

258 KB