Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xəyanətkar ermənilərin törətdikləri soyqırım” adlı tədbir

29.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon 1 N-li Sənətkarlıq evində, rayon Mərkəzi Kitabxanasının, 2 N-li şəhər klubunun birgə təşkilatçılığı ilə 1918-ci il 31 mart Azərbaycanlıların Soyqırım günü ilə Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Xəyanətkar ermənilərin törətdikləri soyqırımı” adlı dəyirmi masa keçirildi.

Tədbiri 1 N-li Sənətkarlıq evinin müdiri Nazilə Kazımova açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 1 N-li Sənətkarlıq evinin metodisti Vüsalə Aslanova və Mərkəzi Kitabxananın işçisi Günel Cəfərzadə, 2 nömrəli klubun müdiri Sevda Məmmədova məruzə ilə çıxış etdilər.

Məruzəçilər azərbaycanlıların başına gətirilən fəlakətlərdən danışaraq erməni vəhşiliyinin, onların qeyri-insani hərəkətlərini pislədilər.