02.03.2022
02 mart 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon MKS-nin Tapqaraqoyunlu kənd kitabxana filialı və Tapqaraqoyunlu kənd orta məktəbinin birgə təşkilatçılığı şəhid Hidi Vəliyevin doğum günü ilə əlaqədar “Şəhidim,Cənnətdəki ad günün mübarək” adlı tədbir keçirdilər.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri Tapqaraqoyunlu kənd kitabxana filialının böyük kitabxanaçısı Leyla Mikayılova açaraq qeyd etdi ki, biz həmişə vətən uğrunda canlarından keçən şəhidlərimizi unutmamalıyıq. Bugünkü dinc həyatımız üçün onlara borcluyuq.
Hərbi müəllim Rövşən Qarayev şəhidimizin keçdiyi döyüş yolundan ,onun göstərdiyi döyüş şücaətindən danışdı. Məktəb direktoru Sevinc Abbasova Hidinin vətənpərvərliyi ilə seçilən bir şagird kimi həmişə sinif yoldaşlarına nümunə olmağından danışdı.
Tədbir məktəbli şagirdlərin ifasında “Vətən oğlu” adlı ədəbi-bədii kompozisiya ilə başa çatdı.