02.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində dünya şifahi xalq ədəbiyyatı nümunələrinin təbliği ilə əlaqədar yəhudi xalq nağılı “Leviafan, tülkü, bir də balıqlar” nağılının ucadan oxusunu keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə dünyanın ən qədim xalqlarından olan demək olar ki, bütün ölkələrdə məskunlaşan yəhudi xalqı haqqında uşaqlara məlumat verdi. Qeyd etdi ki, doğma yurdumuz Azərbaycanda həm Avropa, həm də dağ yəhudiləri yaşayırlar. Sonra “Leviafan, tülkü, bir də balıqlar” yəhudi xalq nağılınıucadan, ifadəli şəkildətədbir iştirakçılarının diqqətinəçatdırdı. Məktəblilər nağılıdiqqətlə dinlədilər və müəyyən suallarla kitabxanaçıya müraciət etdilər. Kiitabxanaçı onların suallarını həvəslə cavablandırdı. Sonda uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.