01.03.2022
1 mart 2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində "1 Mart- Ümumdünya Mülki Müdafiə Günu"nə həsr olunmuş tədbir keçiriridi.Məktəbin direktoru Almaz Əliyeva "Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi", Naftalan şəhər uşaq musiqi məktəbinin MM Qərargahının rəisi Yasin Ələsgərov "Fövqəladə hadisələr zamanı idarəedilmə və idarəetmə məntəqələri",tədris işləri üzrə direktor müavini Pərvanə Əliyeva "Konüllülərin rolu və pandemiya ilə mübarizə" mövzularında mühazirə etdilər.
Sonda tədbir istirakçiları təbii fəlakətlər,nəqliyyat qəzaları,kimyəvi-təhlükəli maddələrin təsirinə məruz qaldıqda,partlayış və yanğınla müşayiət olunan qəzalar zamanı hərəkət qaydalarını əks etdirən məlumatlarla tanıs oldular.