01.03.2022
01.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi, Samux şəhər Uşaq Musiqi Məktəbi və MİHİ-nin Samux rayon Komitəsinin təşkilatçılığı ilə Od çərşənbəsi ilə bağlı "Yurdumuza Bahar Gəlir" adlı bayram konserti keçirildi.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif öz kollektivi ilə birgə iştirak etdilər. Yazın gəlişi ilə bağlı mahnılar, şeirlər tədbir iştirakçılarına təqdim olundu. Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, məclisə xoş abu-hava bəxş etdilər. Tədbirdə Mədəniyyət Mərkəzinin Folklor - Haxışta qrup üzvlərinin hazırladığı
" Novruz Haxıştaları" adlı səhnəcik tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.