01.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 01.03.2022-ci il tarixdə"Şuşa Qarabağın incisi" başlığı altında söhbət keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan edərək qeyd etdi ki, : Bildiyimiz kimi Şuşa Dağlıq Qarabağ bölgəsində ən strateji əhəmiyyətli yerlərdən birini tutur.Mənfur düşmənlərimiz 1992- ci ildə çox qədim tarixə malik olan Şuşanı işğal etmişdilər.28 il Qarabağın döyünən ürəyi Şuşa yol gözləyirdi.Nəhayət, gorpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün 2020-ci il sentyabr ayının 27-də Vətən oğulları 2-ci Qarabağ müharibəsinə qalxdılar.İgid oğullarımızın şücaəti nəticəsində torpaqlarımız geri qaytarıldı.Şuşanın geri alınması müharibənin gedişində həlledici rol oynadı.2020-ci il noyabrın 8-də Ordumuzun igidliyi nəticəsində Şuşa geri qaytarıldı.Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.Şuşa hər bir azərbaycanlının varlığının ayrılmaz parçasıdır.Zəfərdən dərhal sonra şəhərdə böyük bərpa və quruculuq işlərinə başlanıldı.Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ,cıdır düzündə keçirilən "Xarıbülbül"festivalı bir daha göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun,mədəni həyatına qovuşmaq yolundadır.Möhtərəm prezident İlham Əliyev 2022-ci il 5 yanvar tarixində bu ilin "Şuşa ili" elan edilməsi haqqlnda sərəncam imzalamışdır.Sonda tədbir iştirakçıları "Qarabağ Azərbaycandır"başlığı altında təşkil edilmiş sərgj ilə tanış oldular.