27.03.2018
Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sistemini 3 saylı kitabxana filialında 27. 03. 2018 ci il tarixdə Narkomaniya və Narkobiznesə qarşı mübarizə ilə bağlı “Müasir yeniyetmələr və narkomaniya”başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə kitabxananın fəal oxucuları, həkim-psixoloq Rüstəm Kərimov, Mədəniyyət Mərkəzinin müəllim və tələbələri və 15 saylı orta məktəbin təqaüdçü pedaqoqu Salahov Fəxrəddin müəllim iştirak edirdi
Kitabxanaçı Nəsibova Xəyalə iştirakçıları salamladıqdan sonra Narkomaniya haqqında məlumat vermək üçün sözü həkim-psixoloq Rüstəm Kərimova verdi.O, narkomaniya insan həyatının faciəsi, ümüd və arzuların məhvi, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün dünyanı narahat edən başlıca problemlərdən biri olduğundan danışdı.
Təqaüdçü pedaqoq Fəxrəddin Salahov: - Bəli biz hamımız Narkomaniya ilə mübarizəyə ilk növbədə, kiçik dövlət olan ailədən başlamalıyıq. Əgər hər hansısa bir ailədə əxlaqi qaydalara rəyət edilərsə, körpəlikdən övlada, vətənə, ata-anaya məhəbbət olarsa yaşadığı gözəl mühit onları pis vərdişlərdən çəkindirər, deyərək çıxış etdi.
Tədbirdə iştirak edən Mərkəzi Mədəniyyət evinin müdiri Afina xanım Ələkbərova, Lalə Hacıyeva mövzu ətrafında fikirlərini söylədilər.
Sonda kitabxanaçı Xəyalə Nəsibova bildirdi ki, ölkə başçısı İlham Əliyevin 2007-ci il 28 iyun tarixli Sərancamı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” haqqında 2013-2018-ci il üçün dövlət proqramı imzalamışdır. Biz də bir vətəndaş kimi gənclərimizi marifləndirmək üçün kitabxanalarda orta məktəblərdə bu mövzularda çıxışlar edir, bir çox tədbirlər keçiririk.Gəlin cəmiyyətimizi sağlam olması üçün pis vərdişlərdən uzaq olaq, ağ ölümün pəncəsinə atılmayaq. Dəyirmi masa şagirdlərin və tələbələrin suallarına cavabla sona çatdı.