01.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 28.02.2022-ci il tarixdə İbrətamiz hekayələr silsiləsindən "Basdırılmış pul" kitabından (onlayn zoom proqramı vastəsilə) ucadan oxu keçirdi. Kitabxanaçı Qafarova Könül oxuculara ucadan oxunun əhəmiyyətdən söhbət açaraq bildirdi ki, ucadan oxunun ən əsas şərtləri sözlərin düzgün tələffüzünə fikir vermək, düşüncə, yaddaş, diqqətliliyi inkişaf etdirməyə imkan verir və söz ehtiyyatını artırır.
Davamlı oxumaq sayəsində insanın ünsiyyət bacarığı artır. Uşaqlıqda uşaqları ucadan oxumağa öyrətmək vacibdir. Uşaq nitq yolu ilə personajların hisslərini və intonasiyasını çatdırmağı öyrənməlidir.
Tədbirin davamında kitabxanaçı oxuculara hekayə haqqında qısa məlumat verərək qeyd etdi ki, elə gözəl hekayələr var ki, onları oxumaqla həm ibrət alır, həm də həyatda nə üçün yaşadığımızı dərk edirik. Bu kitab da bu məqsədə xidmət edən hekayələr məcmuəsindən ibarətdir.Hekayədə yem torbasından çıxan qarışqa, ana-ata və övladları üçün işləyən gənc, xoşbəxtliyin yollarını axtaran sultan, kibirli zənginin başına gələnlər, heyvanların dilini öyrənmək istəyən adam və digərlərinin başına gələn sərgüzəştlər hamımız üçün maraqlı ibrətamiz hekayədir.
Oxucular hekayəni ifadəli şəkildə hissə-hissə oxudular. Hekayədə baş verən hadisələri müzakirə etdilər.