Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Eldar Mansurovun anadan olmasının 70 illiyi ilə əlaqədar  söhbət  keçirilib

28.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın  Musiqi - Not fonoteka şöbəsi 28 Fevral 2022-ci il tarixdə xalq artisti, bəstəkar Eldar Mansurovun anadan olmasının 70 illiyi ilə əlaqədar  söhbət  keçirdi.

Tədbirdə şöbənin kitabxanaçısı Sevda Baxşiyeva Eldar Mansurovun  həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, Eldar Mansurov  uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Bir sıra filimlərə və tamaşalara müsiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındandır. “Bayatılar” ın musiqisi dünyanı gəzir.

Tədbirdə iştirakçılar Elar Mansurovun müəllifi və tərtibçisi olduğu “Mansurovlar” kitabı ilə yaxından taniş oldular.

 

219.3 KB