28.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28.02.22-ci il tarixdə Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun anadan olmasının 220 illiyi münasibətilə "Böyük vətənpərvər- Viktor Hüqo" başlıqlı sərgi keçirdi. Sərgidə filialın kitabxanaçısı Sevil Əliyeva dünya ədəbiyyatının inkişafında mühüm xidmətləri olan fransız yazıçısı Viktor Hüqonun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, Vüktor Hüqo fransız mədəniyyəti tarixində öncə şair, daha sonra isə roman və dram əsərlərinin müəllifi kimi, dünyada isə romanlar müəllifi kimi tanınmışdır.
Sərgidə "Səfillər" romanının I-V cilddə, "Seçilmiş əsərləri" I-III cilddə, "Paris Notr-Dam kilsəsi" və s. kitablar latın və kiril qrafikasında sərgilənmişdir.
Sonda kitabxanaçı Viktor Hüqonun əsərləri yüksək mənəvi amalı, bədii kamilliyi və öz dərin bəşəri məzmunu ilə həmişə olduğu kimi bu gün də dünya oxucularını həyacanlandırır, insana şərəfi və ləyaqəti uğrunda mübarizəyə yaxından kömək etdiyini söylədi. Yazıçının əsərləri hələ neçə-neçə gənc nəslin vətənpərvər, mübariz ruhda böyüməsində, şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyəti olacaqdır.