Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı Şahidlər danışır” kitabının onlayn təqdimatı keçirilib

26.02.2022

25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin təşəbbüsü Samux GKiM- nin birgə təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsinə həsr olunmuş “Xocalı Şahidlər danışır" kitabının təqdimatı keçirildi.

Tədbirdə  Samux MKS-nin əməkdaşları , oxucuları Samux GKİM-nin kollektivi və gənc könüllüləri ştirak ediblər

Tədbiri giriş sözü ilə Samux MKS-nin direktoru Telli Nəsibova acıq elan etdi. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıblar. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaqlar. Vurğulanıb ki, ölkəmizin rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etməliyik, bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıblar.

Xocalı Şahidlər danışır" kitabın müəllifi Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, AMEA-nın disertantı,BDU-nin müəlliməsi,yazar,Dövlət Elmi Tibb Kitabxanasının şöbə müdiri  İradə Əlilidir.İradə Əlili kitab haqqında məlumat verdi.Xocalı Şahidlər danışır" kitabı 5 dildə - Azərbaycan, rus, ingilis ,türk və ispan  dillərində çap edilib, daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim edilib. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub. Kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında qısa ensiklopedik məlumatlar və eləcə də 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsi şahidlərinin xatirələri yer almışdır.Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.Tədbirdə iştirak ediblər.Xatırladaq ki, Xocalı soyqırımı erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə görünməmiş qəddarlıqla divan tutub. Bu hərbi-siyasi təcavüz zamanı şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.