27.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 25.02.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə 26 Fevral Xocalı soyqıırımının 30 illiyi ilə əlaqədar “Xocalı naləsi məktəblilərin qəlbində”adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbirdə Xocalı şəhidləri və Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin direkrotu Gülnara Hüseynova açıq elan etdikdən sonra ”Xocalı qan yaddaşımız”, təlim-tərbiyə işləri üzrə direktor müavini Razim Hacıyev və Aygün Ələkbərovanın “Ümummilli Lider Heydər Əliyevin Xoclı faciəsinə münasibəti”, Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva “Xocalıya ədalət”, məktəbin psixoloqu Qətibə Nağıyeva “Xocalı faciəsi sağalmayan yaradır”,məktəbin hərbi rəhbəri Rəşad İbrahimov “hər bir şagird gələcəyin əsgəridir” adlı çıxışlar etdilər. Məktəbin Azərbaycan dili, ədəbiyyat müəllimələrindən Mərquşə İbrahimova, Bahar Məmmədova,Qətibə Məmmədova, Səlfinaz Cəfərova, Sidqə Məmmədova, Züleyxa Mirzəyevanın şagirdlərlə hazırladıqları səhnəciklər və kompozisiyalar nümayiş edildi. VI-siniflər ”Xocalı sakinlərinin fəryadı -bayatılar”, VIIa-sinif şagirdləri “Ana fəryadı”,”Ana övladı ilə” səhnəciklər,VIId sinif şagirdi Fidan Musayeva Xocalı haqqında öz yazdığı şeir, VIIç sinif şagirdlər “Lay-lay Xocalım lay-lay” adlı kompozisiya, VIIIç sinif şagirdlərindən Cəmilə Mahmudova, Nərmin Həmzəyeva “Azərbaycan” mahnısını ifa etdilər. VIIId –sinif şagirdi tədbirin aparıcısı Şəhla Baxşəliyeva ingilis və türk dillərində “Xocalı faciəsi” adlı təqdimat etdi. Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin təsviri incəsənət müəlliməsi Mətanət Abbasovanın rəhbərliyi ilə təşkil olunmuş “Xocalı naləsi məktəblilərin gözü ilə” adlı rəsm sərgisinə baxış və “Xocalı soyqırımı-30 il” adlı videoçarx nümayiş edildi. Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbirin təşkil olunmasında əməyi keçən məktəb kollektivinə təşəkkür etdi.