26.02.2022
İlk öncə tariximizin yaddaşına qanlı hərflərlə daxil olunmuş , Xocalı faciəsinin 30- cu il dönümü ilə əlaqədar Goranboy rayonunun Yeni qəsəbə yaşayış massivində yerləşən Xocalı abidəsi ziyarət olunaraq , Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin kollektivi adından əkili qoyuldu , dualar oxundu və 44 günlük Vətən uğrunda aparılan mübarizədə Şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi .
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya çıxış edərək bildirdi ki, «Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür .Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində bir daha dərin hüznlə yad edərək sərəncam imzalamışdır. Xocalı soyqırımı misili görülməmiş erməni vandalizminin əsil təzahürü olmuşdur .Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və baş verənlər ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: «Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu». «Bütövlükdə Azərbaycan xalqına qarşı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.»
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir deyərək çıxışında bildirdi .