26.02.2022
26.02.2022-ci il tarixində Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi Xocalı Soyqırımı abidəsi önündə Xocalı Soyqırımının 30 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələ-lər şöbəsinin müdiri Lamiə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.
Sonda Xocalı şəhər 1 saylı klubun təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr olun-muş kompozisya nümayiş etdirildi.