26.02.2022
25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində 26 Fevral Xocalı soyqırımının törədilməsinin 30-cu il dönümü ilə əlaqədar olaraq məktəblilərlə seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Mərkəzin baş fond mühafizi Raziyə Qasımova, əməkdaşı Gülay Namazova həmçinin Samux rayon İstixana kənd ümumi məktəbin direktoru Arzu Ələsgərova, ədəbiyyat müəllimi Vəsilə Salmanova və başqaları, şagirdlər erməni vəhşiliyinin qurbanına çevrilən Xocalı şəhərində törədilmiş qətliam və tarixi haqqında geniş məlumat verdilər. Uşaqların sualları cavablandırıldı. Uşaqlar Xocalı faciəsini ilə bağlı bildikləri məlumatları bölüşdülər.