26.02.2022
Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində "Tarixlərdən silinməyən Xocalı" adlı anım günü keçirildi. İlk öncə Məktəbin Direktoru Aynur Şixiyeva çıxış edərək Xocalı soyqırımının günahsız qurbanlarının , Vətən uğrunda canından keçmiş oğullarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Məktəbin fortepiano şöbəsinin müəllimi Məmmədova Günel Xəqani qızı , nəzəriyyə şöbəsinin müəllimi Ələkbərova Səkinə Telman qızı Xocalı soyqırımı ilə bağlı çıxış etdilər. Məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirdi.