26.02.2022
25 fevral 2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində"Xocalı soyqırımı"nın 30-cu ildönümü ilə əlaqədar "Tarixin qan yaddaşı"adlı tədbir keçirildi.
Erməni faşistləri tərəfindən amansızcasına qətlə yetirilən xalqımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin müəllimi Ülviyyə Namazova Xocalı qətliamı haqqında çıxış etdikdən sonra,məktəbin şagirdlərinin hazirladığı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu.Sonda Xocalı haqqında film izlənildi.
26fevral 2022-ci il tarixində məktəbin müəllimləri "Memorial Xatirə Kompleksi"ni ziyarət etmiş ,abidələrin önünə gül-çiçək dəstələri düzərək,onların əziz xatirəsini ehtiramla yad etmişlər.