Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsi 30 il” başlığı altında tədbir keçirilib

26.02.2022

25 fevral 2022-ci il Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi , Uşaq İncəsənət məktəbi və  Allıkənd kənd kitabxana filialı ilə birlikdə “Xocalı faciəsi 30 il” başlığı altında tədbir keçirildi.

Tədbirdə Uşaq Şöbəsinin müdiri Qasımova Günel söz açaraq, XX əsr-Azərbaycan xalqının həyatına, tarixinə qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həmdə hünər və rəşadətlə dolu əsr kimi daxil olmasından danışdı. Tədbirdə Xocalı şəhər sakini  Dadaşova Şirin,  Kəlbəcər rayon Arxiv İdarəsinin müdiri  Sadıqov   İbrahim  Nəriman oğlu, Uşaq İncəsənət Məktəbinin direktoru Əliyev Ədalət Surxay oğlu, Uşaq İncəsənət Məktəbinin Rəsm müəllimi Hüseynzadə Aynur Zülfi qızı və GDU-nin tarix-coğrafiya fakültəsinin  3-cü kurs tələbəsi Nəsibova  Günel Azər qızı çıxış edərək, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təçəbbüsü ilə başlanan “Xocalıya ədalət kampaniyasının böyük əhəmiyyəti olmasından, təsadüfi deyil ki, dünyanın bəzi ölkələrinin parlamenti artıq Xocalı soyqırımını tanıyıb, müxtəlif şəhərlərdə soyqırımı qurbanlarının xatirəsini yad edən aksiyalar, sərgilər keçirilməsindən çıxış etdilər. Kitabxananın fəal oxucuları  Xocalı faciəsini öz şeirləri ilə andılar.Tədbirin  sonunda Uşaq İncəsənət məktəbinin təşkil etdiyi uşaqların əl işlərindən ibarət  “Xocalı faciəsi”nə həsr olunmuş rəsm sərgisinə baxış keçirildi.

 

74.6 KB

 

60.7 KB