26.02.2022
25.02.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində rayon mədəniyyət evi-nin təşkilatçılığı ilə “Xocalının naləsi-qisası” adlı tədbir keçirildi. Tədbirdə rayon mədə-niyyət evinin, Xocalı rayon Gənclər və İdman İdarəsinin, rayon MKS-in, Xocalı şəhər 5 saylı klubun işçiləri, Xocalı şəhər 4 saylı tam orta məktəbin, Xocalı rayon Cəmilli kənd orta məktəbin kollektivi iştirak etdilər.
İlk öncə Xocalı soyqrımı abidəsi önünə gül dəstələri qoyuldu.
Şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənildi.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Ümid işığı” adlı sənədli film nümayiş etdirildi.
Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “ Xocalının naləsi-qisası” adlı səhnəcik göstərildi.