26.02.2022
25.02.2022 ci il tarixdə Goranboy Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi Xocalı soyqrımının 30 illiyi ilə əlaqədar Anım günü keçirilib.İlk öncə məktəbin kollektivi Ana Harayı abidəsnii ziyarət edilib,abidə önünə gül çələngləri qoyulub.Daha sonra Goranboy Şəhər Uşaq İncəsənət məktəbində bədii-əbədi tədbir keçirilib.Tədbirdə məktəbin rəsm şöbəsinin şagirdlərinin Xocalı faciəsinə həsr edilmiş şəkilləri sərgiləndi.Sonra Məktəbin şagirdləri Xocalı faciəsinə aid şerlər danışdılar,Xocalı kompozisiyası ilə çıxış etdilər.Sonda Məktəbin Direktor əvəzi Rüstəm Hümbətov Xocalı Faciəsi haqqında çıxış etdi.