26.02.2022
25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Əsrin faciəsi” adlı anım günü keçirtdi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açdı və Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə Xocalı faicəsi haqqqıında geniş məlumat verdi.
Tədbirdə 11 saylı filialın müdiri Esmira Həsənova da çıxış edərək bildirdi ki,Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Tədbirdə Azərbaycan Texnologiya Unuversitetin müəllimləri və IV kurs tələbələri iştirak etdi.