Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Xocalı qan yaddaşımız” adlı dəyirmi masa keçirilmişdir. 

25.02.2022

25.02.2022-ci il tarixdə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində  Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq   Diyarşünaslıq evi,  Gəncə Dövlət Rəsm Qalereyası və məktəblilərin  iştirakı ilə  “ Xocalı qan yaddaşımız” adlı dəyirmi masa keçirilmişdir. 

 İlk öncə Xocalı  soyqırımı qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  Sonra Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva  Xocalı faciəsi haqqında geniş məlumat verdi.

Gəncə Dövlət Rəsm Qalereyasının  fond müdiri  Məhbubə Həsəsnova öz çıxışında ermənilərin  azərbaycanlılara , türklərə qarşı tarixdə törətdikləri soyqırımlardan danışdı.

Məhbubə Həsənova gəncləri informasiya müharibəsində daha aktiv olmağa və ermənilərin bu vəhşiliklərini bütün dünyaya çatdırmağa çağırdı və qeyd etdi ki, belə hadisələrin təkrarlanmaması üçün Azərbaycan xalqı  sıx birləşməli və inadla mübarizə aparmalıdır.

 Sonra Gəncə Dövlət Rəsm Qalereyasının  bələdçisi Sevinc Məhərrəmova  bildirdi ki, Xocalı faciəsi əsrin faciəsidir . Tariximizin bu səhifəsi heç bir zaman unudulmamalı və mənfur erməni siyasəti hər zaman pislənməlidir.

 Tədbirdə Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva, İsmət Qayıbov adına 1 saylı orta məktəbin 7-ci sinif şagirdi Fatimə Dərgahova da  çıxış etdilər.

 

67.6 KB