Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı-xalqımın əbədi qan yaddaşı” başlıqlı onlayn tədbir keçirilib

25.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  24 saylı kitabxana filialı Səyyar şöbə  ilə birlikdə  Xocalı soyqırımının  30-cu il dönümünə həsr olunmuş  "Xocalı-xalqımın əbədi qan yaddaşı" başlıqlı onlayn tədbir keçirdi.

Tədbiri 24 saylı filialın müdiri Rahilə Qasımova açdı. İlk öncə  Xocalı soyqırımında, I və II Qarabağ vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.

Tədbirdə GDU-nin  Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, ADAU-nin  Ümumi tarix kafedrasının müdiri Azad Bayramov, II Qarabağ vətən müharibəsinin qazisi İnqilab Rüstəmov, 6 saylı tam orta məktəbin Gənclərin Çağrışa qədərki, Hazırlıq rəhbəri I Qarabağ müharibəsinin iştirakçısı baş leytenant  Nəriman Sadıqov, Yazıçılar Birliyinin üzvü şairə Aləmzər Əlizadə çıxış etdilər.
Tədbirdə 19 saylı orta məktəbin  şagirdləri Aysel Əlizadə, Fidan İbrahimova "Xocalım, ay Xocalım" və Mədinə Orucova "Xocalı harayı", 20 saylı orta məktəbin şagirdi Zərintac Abdullayeva "Layla Xocalım, layla",  26 saylı orta məktəbin şagirdi  Nərmin Qocayeva "Xocalı", səyyar şöbənin  böyük kitabxanaçısı Sevinc Ağazadə "Qalib ordu" şeirini söylədilər.
Sonda Xocalı soyqırımı ilə bağlı videoçarx  nümayiş etdirildi.

Tədbirdə 19, 21, 24 saylı orta məktəbin müəllimləri, ADAU-nin tələbələri və kitabxananın əməkdaşları iştirak etdilər.

 

94.5 KB