25.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 25.02.2022-ci il tarixdə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar "Əsrin Xocalı faciəsi"adlı anım günü keçirdi. İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xətirəsi bir dəqiqəlik sükutla yad edildi.
Böyük kitabxanaçı Nahidə Əliyeva bildirdi ki,Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsini gedişində dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərin ən dəhşətlisidir.