Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“XOCALI SOYQIRIMI 30 İL YADDAŞIMIZDA” adlı videokonfrans keçirilib.  

25.02.2022

25 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə region kitabxanaları ilə birgə  Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş “XOCALI SOYQIRIMI 30 İL YADDAŞIMIZDA” adlı videokonfrans keçirilib.  

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və  Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə  AMEA Gəncə bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Xocalı sakini, Xocalı faciəsinin şahidlərindən şəhid atası Vəliyəddin Quliyev, AYB Gəncə bölməsinin sədri,əməkdar Mədəniyyət işçisi Xəzangül Hüseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın əməkdaşı, şair Azadə Novruzova, Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbinin müəllimi Mədinə Karahan,Gəncə, Goranboy, Samux,Kəlbəcər,  Xocalı və Naftalan  Mərkəzləşdirilmiş kitabxana siteminin direktorları, kitabxana əməkdaşları və oxucular iştirak edirdi.

Çıxış edənlər, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olmasından, Xocalı soyqırımının baş verdiyi o dəhşətli günlərdən artıq 30 il keçməsinə baxmayaraq onun ağrı-acısının hələ də keçməyib və keçməyəcəyindən, bu faciənin genetik yaddaşımızın sağalmayan, üstü qaysaqlamayan, illər keçdikcə ağrısı daha da qövr eləyən yarası olduğundan danışdılar.

Eyni zamanda qeyd etdilər ki bu qətliam, soyqırım bütün bəşəriyyətə qarşı  törədilmiş tarixi bir cinayətdir.Ermənilərin Xocalıda törətdikləri vəhşilklərin analoqu yoxdur.Bu faciəni əks etdirən fotolara,video görüntülərə baxdıqca adamın damarlarda qanı donur,yəni insan da bu dərəcədə qəddar, vəhşi,quduz ola bilərmi...Bu vəhşiliyi yalnız erməni edə bilər...Erməniyə nifrət...Bu nifrəti biz yaratmalıyıq,hər an Xocalı faciəsini yaşayaraq millətimizi unutqanlıqdan uzaqlaşdırıb,düşmənə qarşı mübariz olaq !

 XOCALI SOYQIRIMINI UNUTMAYAQ!

 

119.7 KB

 

70.9 KB

 

78.9 KB