25.02.2022
25 Fevral 2022 –ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində “Bütün dünyanı dəhşətə gətirən Xocalı soyqırımı “adlı dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva açaraq Xocalı şəhidlərinin ,eyni zamanda Azərbaycanın suverenliyi işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Dəyirmi masaya dəvət olunmuş Xocalı sakini Tahir Həsənov öz çıxışında qeyd etdi ki,Daşnaq tör-töküntüləri və erməni işğalçıları Xankəndində yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə ağılasığmaz vandallıq aktı həyata keçirdilər.Bu qırğın insan övladının ağılına gəlməyən bir faciə idi.
Xocalı sakini Tahir Həsənov daha sonra çıxışında qeyd etdi ki,sağ qalan və qaçqın düşmüş Xocalı sakinləri respublikamızın 53 şəhər və rayonunda məskunlaşmışlar.
Tədbirdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov öz çıxışında qeyd etdi ki,”Qisas qiyamətə qalmaz “deyiblər. 27 Sentyabr 2020-ci il tarixində başlamış və 44 gün davam etmiş Vətən müharibəsində Ali Baş Komandan ,Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi və erməni ordusunu darmadağın edərək torpaqlarımızdan qovaraq Zəfər çaldı.
Tədbiridə Mədəniyyət Mərkəzində təhsil alan kurs təlbələri və ərazi sakinləri iştirak etdi.
Tədbir mövcud karantin rejimi qaydalarına uyğun təşkil edilmişdi.