Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib

25.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən F. Əmirov adına 1 № – li uşaq musiqi məktəbində 25.02.2022-ci il tarixində Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı silsilə tədbirlər planına uyğun olaraq “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirildi.İlk öncə Xocalı soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Nəzəriyyə müəlliməsi Rəhimova Könül çıxış edərək Xocalı soyqrımı haqqında geniş məlumat verdi.Vətənpərvərlik mövzusunda çıxış edərək ordumuzun düşmən üzərindəki parlaq qələbəsindən danışdı.

 

121.5 KB

 

119.8 KB

 

161.7 KB