25.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Mir Cəlal Paşayev Ev Muzeyi və Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 25 fevral 2022ci ildə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş " Xocalı - qan yaddaşımız " adlı tədbir keçirildi.Tədbir dəhşətli gecədə həlak olmuş və itkin düşmüş insanların əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Muzeyin Elmi işçisi B.Səadət "Xocalı soyqrımı" adlı mühazirə ilə çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək ,azərbaycanlılara qarşı baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Nəticədə 613 nəfərin o cümlədən 106 qadın ,63 uşaq, 70 qocanın həyatına son qoyuldu. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Daha sonra 16 nömrəli tam orta məktəbin 7³ sinif şagirdləri faciəyə həsr olunmuş şeirlər səsləndirdi. Bu hadisədən 30 il ötməsinə baxmayaraq "Xocalı faciəsi " hələ də ilk günkü kimi xalqımızın ürəyini ağrıdan yaradır.