Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon Mərkəzi Kitabxana Sistemində “Tarixin silinməyən qanlı izləri”

28.03.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mərkəzi Kitabxanasının oxu zalında 1918-ci il 31 mart Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə əlaqədar “Tarixin silinməyən qanlı izləri” adlı elmi-praktik konfrans keçirilmişdir.

Konfransı Məkrəzi Kitabxananın Oxu zalının müdiri Sevda Əliyeva açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Abonement şöbəsinin baş kitabxanaçısı Dürdanə Bayramova “Tarixin siliməyən qanlı izləri” mövzusunda məruzə ilə çıxış etdi. O qeyd etdi ki, 1918-ci il martın 30-31-də erməni qaniçənləri, erməni başkəsənləri Bakıda 15 min, Qubada 3 min insanı vəhşicəsinə, qəddarlıqla qətlə yetiriblər. Bəşər tarixində ən qanlı cinayətlərdən biri kimi yaddaşlarda silinməz izlər qoymuş bu Soyqırım aktını damarlarında azərbaycanlı qanı axan hər bir vətən övladı heç vaxt unutmayacaq. Mərkəzi Kitabxananın əməkdaşları Günel Cəfərzadə, Sevda Əliyeva, Nəzakət Talıbova məruzə ərtafı çıxışlar etdilər. Sonda tədbir iştirakçıları “31 mart – Azərbaycanlılarını soyqırımı günüdür” adlı sərgi ilə tanış oldular.