Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq əməyinə yox deyək

14.11.2017

14 noyabr 2017-ci il tarixində Xocalı rayon mədəniyyət evində “Uşaq əməyinə yox deyək” devizi altında mədəniyyət evinin və MKS-nin işçiləri ilə birgə dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Xocalı rayon üzrə baş məsləhətçi Ruslan Bəşirov açdı. Sonra isə məruzə üçün söz mədəniyyət evinin metodisti Hafiz Abbasova verildi. Hafiz Abbasov “Uşaq
Hüquqları konvensiyası”, onun tarixi haqqında geniş məlumat verdi. Tədbir masa ətrafında əyləşən işçilərin fikir mübadilsi ilə yekunlaşdı.