25.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bülbül adına 3№li musiqi məktəbində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirə başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır.
Daha sonra Xocalı haqqında sənədli filmindən parçalar göstərilmiş,müəllim Mustafayeva Təranənin şagirdləri səhnəciklər göstərmiş və şerlər söyləmişlər. Müəllimlərdən Həsənov Elnur, Əhmədov Əli, Quliyeva Rəna, Ənnağıyeva Jalə, Əsgərova Məsmə tədbirdə maraqlı çıxışlar etmişlər.