Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhid şəhər-Xocalı” adlı anım günü keçirildi.

25.02.2022

Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 25.02.22-ci il tarixində “Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq “Şəhid şəhər-Xocalı” adlı anım günü keçirildi. Tədbirdə Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etdi. Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva tədbiri açıq elan edərək Xocalı faciəsinin qurbanlarını iştirakçılardan bir dəqiqəlik sükutla qeyd olunmasını xahiş etdi. Sonra qeyd etdi ki, bizi Azərbaycan tarixinə qara hərflərlə yazılan Xocalı faciəsindən 30 il ayırsada bu soyqırım xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.

Tədbirdə iştirak edən 27 nömrəli məktəb-liseyin ibtidai sinif müəlliməsi Sevil Verdiyeva çıxışında bildirdi ki, Fevralın 25-dən 26-na keçən gecə Xocalıda yeni dəhşətli soyqırım törədildi. Bu haqda nə qədər yazılsa da ürəyimizdəki bu dəhşət, bu ağrı, kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı.

Tədbirin sonunda şagirlər Xocalı faciəsinə həsr olunmuş videoçarx izlədilər və fotostendlə taniş oldular.

 

176.8 KB

 

185.3 KB

 

184.1 KB